Taleh Qaraşovun qardaşının ölümündə oğlu şübhəli bilinir
28-07-2023 22:01 / Bu xəbər 953 dəfə oxundu
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı oğlu Azay Qaraşov şübhəli şəxs qismində saxlanılıb.
Polisin həyata keçirdiyi əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinir.
Bildirilib ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı "Qafqazinfo"ya təsdiqləyib.
İlkin olaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilirdi.