“Bu, qorxaq, yaltaq, saxtakar və şər siyasətidir”

“Bu, qorxaq, yaltaq, saxtakar və şər siyasətidir”

10-07-2015 16:02 / Bu xəbər 1537 dəfə oxundu

"Bu günlərdə Almaniya Bundestaqının Ermənistanı işğalçı olaraq qəbul etməsi artıq proseslərin başqa istiqamətdə davam etdiyindən xəbər verir”.
 
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. Onun sözlərinə görə, Qarabağ separatçısı Saakyanın London səfəri erməni siyasətinin iç üzünü açdı:
 
"Ermənilər istər tarixdə, istər mədəniyyətdə, istərsə də digər sahələrdə zəif və çarəsiz olduqları üçün daima provakativ fəaliyyətlə məşgul olublar. Bunun üçün digərlərinin fikirlərini yayındıraraq, əsas mətləbdən kənar tutmaq və öz istədikləri tərəfə yönləndirmək üçün hər zaman səbəblər axtarıblar. Bu siyasət əvvəllər onlara uğur gətirirdisə, indi əksinədir, artıq elm-informasiya genişlənir və bütün çirkinlikləri üzə çıxarır, getdikcə məğlub olacaqlarını anlayırlar. Bu günlərdə Almaniya Bundestaqının Ermənistanı işğalçı olaraq qəbul etməsi artıq proseslərin başqa istiqamətdə davam etdiyindən xəbər verir. Ermənilər isə provakativ siyasətdən əl çəkmirlər, çünki başqa yolları yoxdur. Acından ölən ölkə bu və ya digər şəkildə xaricdə yemlənən donorlardan pul almaq üçün yenə də qeyri-qanuni yollara əl atmaqdadır. Onlardan biri də bu günlərdə özünü Dağlıq Qarabağın "rəhbəri" hesab edən şəxsin Britaniyaya səfəri və səfər çərçivəsində "Chatham House”da çıxış etməsi, daha sona parlamentə üz tutmasıdır. Bu, erməni siyasətinin əxlaqından xəbər verir. Bu görüşlər heç bir rəsmi xarakter daşımır, amma ermənilər bunu "rəsmi” təqdim etməyə gülünc şəkildə cəhd edirlər. Çünki rəsmiləşdirməsələr, maliyə mənbələri kəsilə bilər.
 
Gördüyümüz kimi, düşmən bir dəqiqə belə sakit durmur və öz çirkin əməllərini həyata keçirir. İşğal olunan torpaqlar Azərbaycanın, özlərini məzlum, köməksiz kimi göstərib pul dilənən isə ermənilər. Bu, erməni siyasətinin mahiyyətidir - qorxaqlıq, yaltaqlıq, saxtakarlıq və provakasiya üzərinə qurulan siyasət! Bu səfərlər sadəcə vizyon xarakteri daşıyır və erməni millətini aldatmaq üçün təşkil edilib. Əslində isə reallıq tam başqadır. Ermənistan işgalçı dövlətdir, dünya birliyi bunu bilir və sonda qələbə mütləq Azərbaycan dövlətinin və xalqının olacaq”.
 
Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri Saakyan iyulun 8-də "Chatam House”un dəvətiylə Londona qeyri-rəsmi səfər etmişdi.

Arqument.Az