Cəbrayıl rayonu işğaldan azad olundu

Cəbrayıl rayonu işğaldan azad olundu

04-10-2020 22:35 / Bu xəbər 2334 dəfə oxundu

Cəbrayıl rayonu işğaldan azad olunub.
 
Bu barədə İlham Əliyevin rəsmi "Twitter" səhifəsində paylaşım edilib. 

"Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!", - bildirib. 

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 

4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib.

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. 

Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.