Ehsan Zahidov təqaüdə göndərildi

Ehsan Zahidov təqaüdə göndərildi

10-07-2023 14:13 / Bu xəbər 815 dəfə oxundu

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, nazir, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb. Amma hələ ki onun yerinə təyinat olmayıb.

Ehsan Zahidov 1992-ci ildən daxili işlər orqanlarında çalışır.

O, 1993–1997-ci illərdə DİN Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb.

Ehsan Zahidov uzun müddət DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəhbərlik edib.

2010-cu ildə daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Ehsan Zahidov nazirliyin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb.

2017-ci ildə isə Mətbuat Xidmətinin rəisi təyin edilib.