Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlanıb - YENİLƏNİB

Əli Abbasovun bağ evindən 1 milyon dollar oğurlanıb - YENİLƏNİB

13-02-2016 13:52 / Bu xəbər 1256 dəfə oxundu

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb.

Haqqın.az saytına hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, öqurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.

Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb. Yaxın günlərdə haqqın.az baş verən hadisə ilə bağlı rəsmi orqanların mövqeyini təqdim edəcək.

Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.

Əli Abbasov ANS-ə barəsində yazılan məlumatlarla bağlı bunları deyib:

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya, bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd etdi.

Əli Abbasov onu da əlavə edib ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

Arqument.Az