Ərdoğan “Bakı -2015”i mobil telefonla izlədi - Təyyarədə

Ərdoğan “Bakı -2015”i mobil telefonla izlədi   - Təyyarədə

15-06-2015 12:19 / Bu xəbər 1142 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Bakı -2015” İlk Avropa Oyunlarını mobil telefonla izləməsinin görüntüsü yayılıb. 

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident İstanbuldan Ankaraya səfər zamanı  türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını telefon vasitəsi ilə izləyib. Türkiyə prezidentinin Rza Kayaalp- Sabah Şəriəti qarşılaşmasını təyyarədə izlədiyinin görüntüsü yayılıb. 

Ərdoğan eyni zaman "Bakı-2015”də medal qazan türkiyəli idmançılar Enes Erkan, Rıza Kayaalp, Burak Uygur və Serap Özçelikə təbrik məktubu göndərib.

Xatırladaq ki, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalp Avropa Oyunlarında qızıl medalın sahibi olub.

O, Azərbaycan idmançısı Sabah Şəriəti 3:0 hesabı ilə məğlub edib.