Ərdoğan Rusiyanı oğru adlandırdı - VİDEO
09-12-2015 02:27 / Bu xəbər 1675 dəfə oxundu
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Suriyadakı əməliyyatlarını sərt şəkildə tənqid edib.
Avropa.info xəbər verir ki, Ərdoğan Rusiyanı Suriyadakı münaqişəni qızışdırmaqda ittiham edib.
Ərdoğan deyib: "Suriyada və İraqda vəziyyət günü-gündən pisləşir. Regionumuzda bir insanlıq dramı yaşanır. Biz bu oyunlara gəlməyəcəyik. Biz nəyi nə vaxt, harada edəcəyimizi yaxşı bilirik.
Suriyada qətlə yetirilən 400 minə yaxın insanın dərdindəyik. Münaqişələrin başladığı günlərdən bəri açıq qapı siyasəti həyata keçiririk. 2.5 milyona yaxın suriyalı və iraqlını biz qonaq edirik.
Biz insanı mövqeyimizi qorumağa davam edəcəyik. Bunu da açıq demək məcburiyyətindəyəm. Onsuz da qaçqınlar üçün 9 milyard dollar xərcləmişik. Türkiyə illərdir ciddi bir yardım almadan bu işləri görür. Avropa Birliyi yardım etsə də, etməsə də biz qardaşlarımıza yardım etməyi davam etdirəcəyik".
Ərdoğan daha sonra Rusiyaya işarə edərək, bu ölkəni oğru adlandırıb.
"Türkiyənin yükünü bölüşmək əvəzinə Əsəd rejmini saxlamağa çalışanların əli öldürülən günahsız insanların qanına batıb.
İŞİD-lə mübarizə bəhanəsiylə Suriyaya girib, hərbi varlığını göstərməyə çalışanları görürük. Bunlar oğrudur. Biz Suriya məsələsinə onlar kimi baxmamışıq, baxmırıq".












