Gədəbəydəki aksiyanın plakatlarını çap edən şəxs həbs edilib
24-06-2023 12:11 / Bu xəbər 735 dəfə oxundu
Gədəbəy Rayonunun Söyüdlü kəndindəki aksiyanın ikinci günündə sakinlərin qaldırdığı-ekoloji tələblərin ifadə olunduğu plakatları çap edən şəxs həbs edilib.
"Gununsesi.info" bildirir ki, həmin şəxs Gədəbəy Rayon sakini İsmayılov Habil Xamputa oğludur.
Məlumata görə, adıçəkilən şəxsə narkotik ittihamı verilib.
Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.