Gənc yazar Aytən Eyvazonun yeni kitabı çapdan çıxıb

Gənc yazar Aytən Eyvazonun yeni kitabı çapdan çıxıb

03-02-2022 23:24 / Bu xəbər 2263 dəfə oxundu

Yazıçı Aytən Eyvazonun "Zülmət saçan çıraq” adlı yeni romanı işıq üzü görüb.

Bu barədə "Arqument.az"a Aytən Eyvazon özü məlumat verib. 

O bildirib ki, 248 səhifədən ibarət roman "Mücrü" nəşriyyatının "Proza" seriyasında nəşr edilib.

Roman bir gənc jurnalistdən bəhs edir. Jurnalist əlində heç bir fakt və dəlil olmadan, sadəcə, hisslərinə güvənib qəribə bir sirri araşdırmağa başlayır. 

Əsərin qəhrəmanı - jurnalist araşdırması zamanə qarşılaşdığı şahidin dedikləri və yaşadığı ağrı-acıları dinlədikcə heyrətə gəlir ki, insanlar uzun illər böyük bir sirri necə gizlədə biliblər. Təsadüfən aşkarladığı bu dəhşətli sirri faş etmək onun tək məqsədinə çevrilir...

Romanı əldə etmək istəyənlər "Mücrü" nəşriyyatı, yazıçının özü və Respublika Talış Mədəniyyət Mərkəzinin ofisi ilə əlaqə saxlaya bilərlər

Kitabın qiyməti 8 manatdır.

"Zülmət saçan çıraq” yazarın sayca üçüncü kitabı və ikinci romanıdır. 

Bundan əvvəl onun talış dilində "Dıli Sədo" - "Urəyin səsi" romanı və "Jimoni Ahənq" - "Həyatın ahəngi" povest və hekayələr kitabı çap olunub.