Mövlud Süleymanlı vəfat edib

Mövlud Süleymanlı vəfat edib

21-02-2024 19:16 / Bu xəbər 644 dəfə oxundu

Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Mövlud Süleymanlının (Balakişiyev) vəfat etdiyi bildirilir.

Bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

Mövlud Süleymanlı bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

İnsult keçirən 81 yaşlı yazıçının Klinik Tibbi Mərkəzdə əməliyyat olduğu bildirilirdi.

Onun vəziyyəti orta ağır qiymətləndirilirdi.

Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində doğulub.

O, bir çox povest, hekayə və romanların müəllifi kimi tanınıb.