Hüquq müdafiəçiləri Ombudsmanla görüşüblər
03-09-2021 12:57 / Bu xəbər 2316 dəfə oxundu
Dünən, sentyabrın 2-də hüquq müdafiə təşkilatı Müdafiə Xəttinin həmtəsisçilərini - Zəfər Əhmədov, Zaur Əkbər və Rüfət Səfərov Ombudsman Səbinə Əliyeva ilə görüşüblər.
Bu barədə Rüfət Səfərov məlumat yayıb.
O bildirib ki, görüşdə insan haqları ilə bağlı problemlərə toxunulub, geniş fikir mübadiləsi aparılıb.
Səfərov deyib ki, Müdafiə Xətti görüşdə konkret təkliflər səsləndirib.
O, görüşün səmimi və konstruktiv mühitdə keçdiyini vurğulayıb.












