İlham Əliyev rüşvət ittihamı ilə həbs edilən nazir müavinini əfv etdi

İlham Əliyev rüşvət ittihamı ilə həbs edilən nazir müavinini əfv etdi

08-05-2023 12:04 / Bu xəbər 900 dəfə oxundu

Mədəniyyət nazirinin rüşvət ittihamı ilə həbs olunan sabiq müavini Rafiq Bayramov əfv edilib.

Bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda Rafiq Bayramovun da adı var. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilmiş sabiq nazir müavini əfv olunub.

R.Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. 

O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. 

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.