İlkin Rüstəmzadə: "Bacımı hədələyiblər ki, qardaşın ağıllı olsun"
01-06-2021 17:08 / Bu xəbər 992 dəfə oxundu
"Türkan Rüstəmzadəni evə gələndə hədələyiblər"
Bloger İlkin Rüstəmzadə və yaxınları təzyiqlərə məruz qaldığını deyir.
Bu barədə Meydan TV-yə danışan İlkin Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkan Rüstəmzadəni Əhmədli qəsəbəsində evə gələndə hədələyiblər: "Tanımadığı bir nəfər bacımın ağzından tutub deyib ki, qardaşın ağıllı olsun, gələn dəfə xəbərdarlıq etməyəcəyik".
İ.Rüstəmzadənin sözlərinə görə, bir həftə əvvəl ona dindarlardan təhqirdolu hədələr gəlib: "Halbuki mən dini yox, İranı tənqid etmişdim. Bir həftə sonra bacıma qarşı bu hadisə şübhəli görünür".
İ.Rüstəmzadə bir həftə əvvəl Daxili İşlər Nazirliyinə şikayət etdiyini, hələ reaksiya almadığını bildirib.
DİN-nin rəsmisi Elşad Hacıyev Meydan TV-yə İlkin Rüstəmzadənin müraciətini dünən aldıqlarını və araşdırma aparıldığını söyləyib.












