İranda yoxa çıxan azərbaycanlı tələbə tapılmır
12-04-2023 11:58 / Bu xəbər 743 dəfə oxundu
İranın Bakıdakı səfirliyi bu ölkədə itkin düşmüş vətəndaş Fərid Səfərlinin taleyinə hələ də aydınlıq gətirməyib.
Bu barədə "Turan"a gəncin anası Dilarə Əsgərova bildirib.
"Aprelin 7-də qardaşım İran səfirliyində olub. Ona deyiblər ki, Fərid barədə hər hansı məlumat yoxdur. Halbuki əvvəllər səfirlikdə məni əmin etdilər ki, aprelin 4-dək bizə Fərid haqqında məlumat verəcəklər", - Əsgərova deyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi Səfərlinin taleyini aydınlaşdırmaq üçün iki dəfə - martın 9-da və 28-də İran səfirliyinə nota göndərib, lakin hələlik cavab yoxdur.
Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli Almaniyada təcrübə zamanı tanış olduğu qızla görüşmək üçün fevralın 20-də İrana gedib.
Martın 4-dən Səfərli ilə əlaqə kəsilib.
Martın sonunda anası oğlunu axtarmaq üçün İrana gedib, ancaq əlaqə saxlaya bilməyib.
Martın 31-də Azərbaycana qayıdan Dilarə Əsgərova İran səfirinin müavininin qəbulunda olub.
Sonuncu vəd edib ki, aprelin 4-dək Səfərlinin anasına məlumat verəcək, lakin bunu etməyib.












