Köçəryanın evinə qumbara atıldı
16-04-2016 00:02 / Bu xəbər 1532 dəfə oxundu
Naməlum şəxslər Ermənistanın ikinci prezidenti Robert Köçəryana məxsus villaya qumbara atıb.
Musavat.com bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir. Məlumata görə, hadisə İrəvanın İsakova prospektində baş verib. Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Armen Malxasyan "siqnal daxil olub, hazırda hadisə yerində operativ qrup işləyir” deməklə kifayətlənib. Keçmiş prezidentin mətbuat katibi Viktor Soqomonyan deyib ki, hücum zamanı heç kim xəsarət almayıb. "Deyə bilərəm ki, heç nə baş verməyib. Bildiyimə görə qumbara partlamayıb”-o deyib.
1998-2008-ci illərdə Ermənistana rəhbərlik etmiş R.Köçəryan özü hazırda Moskvadadır.
Qeyd edək ki, prezident Serj Sərkisyanın keçmiş prezident Levon Ter-Petrosyanın evinə gedib cəbhədəki vəziyyəti onunla müzakirə etmişdi. Bundan sonra R.Köçəryan açıqlama verərək Ermənistana gedəcəyini, ancaq S.Sərkisyanla görüşməyəcini bildirmişdi. Şübhə yoxdur ki, atılan qumbara Sərkisyanı devirib hakimiyyətə qayıtmaq istəyən Köçəryana xəbərdarlıqdır.
ru.a1plus.am saytı isə yazıb ki, Köçəryan hazırda Ermənistanda deyil, Moskvada səfərdədir. Bu detalın özü də olduqca maraqlıdır.
Arqument.Az












