Müdafiə Nazirliyi jurnalisti "hüquqi addımlar"la hədələdi

Müdafiə Nazirliyi jurnalisti

21-05-2020 21:48 / Bu xəbər 1472 dəfə oxundu

Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniya ilə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusuna qarşı aparılan təxribat xarakterli kampaniyaya "Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun qoşulması təəssüf hissi doğurur:

"Əsgər rütbəsində hərbi xidmət keçmiş bir şəxsin strateji səviyyədə mülahizələr yürütməsi qəbuledilməzdir. Müxtəlif qüvvələr tərəfindən maliyyələşdirilən bu şəxs Müdafiə Nazirliyinə qarşı başladılan qarayaxma kampaniyasına, eləcə də düşmənin Azərbaycan Ordusuna qarşı apardığı informasiya təbliğatına dəstək verir.

Bildiririk ki, bununla bağlı Müdafiə Nazirliyi tərəfindən hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək".