Məhkəmə sədri Mahmud Nəbiyev vəfat edib

Məhkəmə sədri Mahmud Nəbiyev vəfat edib

07-12-2022 15:36 / Bu xəbər 1448 dəfə oxundu

Onun ürəktutmasından həyatını itirdiyi bildirilir

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev dekabrın 7-də gecə saatlarında vəfat edib.

22 ildir məhkəmə sədri olan Mahmud Nəbiyevin gecə saat 04 radələrində qəfildən ürək tutmasından vəfat etdiyi bildirilir.

70 yaşlı Mahmud Nəbiyev 2000-ci ildən məhkəmə sədri idi. Azərbaycanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə 2000-ci ildə yaradılıb. 

O vaxtdan da Mahmud Nəbiyev bu məhkəmənin sədri olub.

2008-ci ildən ərazilər üzrə bölgü aparılıb, Bakı, Lənkəran, Gəncə, Şəki və Sumqayıt Ağır Cinayətlər Məhkəməsi adlandırılıb. 

Bundan sonra Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olub.