Mehriban Əliyeva İlham Əliyevin birinci müavini təyin edildi

Mehriban Əliyeva İlham Əliyevin birinci müavini təyin edildi

05-03-2021 16:57 / Bu xəbər 1495 dəfə oxundu

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

Bununla bağlı martın 5-də YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Hakim partiyanın bu gün keçirilən qurultayında İlham Əliyev yeni formalaşan İdarə Heyətinə tapşırıq da verib.

Məlumata görə, o, İdarə Heyətinə 3 ay müddətində yeni Fəaliyyət Proqramı hazırlamağı tövsiyə edib.

Bildirilir ki, Fəaliyyət Proqramının əsas istiqamətlərdən biri gənclərlə iş olacaq.