Merkeldən Bundestaqın qərarına reaksiya

Merkeldən Bundestaqın qərarına reaksiya

02-06-2016 15:56 / Bu xəbər 1572 dəfə oxundu

Almaniya kansleri Angela Merkel bu gün Bundestaqın qondarma "erməni soyqırımı" qətnaməsini qəbul etməsinin ardından ilk açıqlamasını verib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasından sonra Angela Merkel bu məsələ ilə bağlı "Almaniyanın Türkiyə ilə münasibətləri güclüdür” deyib.

Qeyd edək ki, qətnamə layihəsinin təsdiq olunduğu parlament iclasına Almaniya kansleri Angela Merkel qatılmayıb.

Arqument.Az