MHP koalisyon hökumətə yox dedi
08-06-2015 11:52 / Bu xəbər 1108 dəfə oxundu
Avropa.info xəbər verir ki, seçki nəticələrini dəyərləndirən Bahçeli , prezident Ərdoğanın belə bir durumda baş nazir Davudoğluna yeni hökumətin qurulması üçün tapşırıq verməsi lazım olduğunu deyib.
Bahçeli kürd problemi ilə bağlı həll prosesinə qarşı olduqları üçün, AKP ilə koalisiya ortağı olmaq istəmədiklərini söyləyib. MHP lideri koalisiyanın AKP ilə HDP arasında qurulmasının daha uyğun olacağını deyib. O, həmçinin ikinci variant kimi AKP-CHP-HDP koalisiyasını təklif edib.
"Belə bir durumda MHP ana müxalifət missiyasını almağa hazırdır. Alınmazsa qoy erkən seçki olsun".












