Milli Məclisdən Azərbaycan himni ilə bağlı qadağa

Milli Məclisdən Azərbaycan himni ilə bağlı qadağa

18-02-2019 15:05 / Bu xəbər 1769 dəfə oxundu

Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

Bu, yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.

Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.

Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

Report