Mirmehdi Ağaoğlunun imza günü keçiriləcək
17-11-2015 11:48 / Bu xəbər 2205 dəfə oxundu
Noyabrın 21-i, saat 15-də yazıçı Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə” kitabının imza günü keçiriləcək.
Kulisin məlumatına görə imza günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq.
Tədbir 16-dək davam edəcək.
Xatırladaq ki, "Ol” nəşriyyatında işıq üzü görən kitaba müəllifin "Bu gün səbr elə" romanı daxildir.
Roman rayondan Bakıya dolanışıq dalınca gəlib kirayədə yaşayan və kredit içində boğulan bir ailənin düşdüyü tragikomik vəziyyəti anladır.
"Bu gün səbr elə” müəllifin sayca üçüncü kitabıdır.
Arqument.Az