CinemaPlus-dan Milli Mətbuat Günündə jurnalistlərə sürpriz

CinemaPlus-dan Milli Mətbuat Günündə jurnalistlərə sürpriz

21-07-2023 15:02 / Bu xəbər 1346 dəfə oxundu

İyulun 22-i Milli Mətbuat Günü münasibəti ilə "CinemaPlus” premium kinoteatrlar şəbəkəsi jurnalistlərə sürpriz edib.

Mətbuat işçilərinin peşə bayramı günündə onlara istənilən filmə bilet hədiyyə edir.  

Bunun üçün istənilən jurnalist kassaya yaxınlaşmalı, iş vəsiqəsini göstərməli, blankı doldurmalı və filmi seçməlidir.

"CinemaPlus” media nümayəndələrinin peşə bayramını təbrik edir: "Məhz sizin çox çətin və zəhmətli işiniz sayəsində hər kəs dünyada baş verənlərdən birinci xəbərdar olur. Sizi, eləcə də bütün tamaşaçılarımızı hər zaman kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırıq”.

Ülviyyə