Müdafiə Xətti qeydiyyat mübarizəsində

Müdafiə Xətti qeydiyyat mübarizəsində

25-08-2023 18:35 / Bu xəbər 922 dəfə oxundu

Müdafiə Xətti təşkilatı dövlət qeydiyyatına alınmaq cəhdlərini davam etdirir.

2020-ci il iyulun 20-də yaradılan quruma hüquqşünas Rüfət Səfərov icraçı direktor seçilib. 

Manifestinə görə, təşkilatın hədəfləri azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün, hökumətin hesabatlılığı və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə demokratiyanın irəli aparılmasıdır.

Ədliyyə Nazirliyi qurumun adında onun fəaliyyətinin xarakterinin əks olunmadığını, təsis sənədlərində çatışmazlıqlar olduğunu bildirərək Müdafiə Xəttini qeyri-hökumət təşkilatı qismində qeydiyyata almaqdan imtina edib.

"Turan”ın məlumatına görə, avqustun 23-də Bakı İnzibati Məhkəməsi Müdafiə Xəttinin Ədliyyə Nazirliyinə qarşı şikayətinə baxıb, amma iddia təmin olunmayıb.

Rüfət Səfərov qərardan apellyasiya şikayəti veriləcəyini bəyan edib.