Müharibə və Rusiyanın ticarət dövriyyəsi: "Əlaçı"lar sırasında Niderland, Norveç və Belçika...

Müharibə və Rusiyanın ticarət dövriyyəsi:

04-11-2022 15:12 / Bu xəbər 1132 dəfə oxundu

"The New York Times" genişmiqyaslı müharibənin başlamasından sonra Rusiyanın dünyanın müxtəlif ölkələri ilə ticarət dövriyyəsinin necə dəyişdiyini araşdırıb

Təəccüblü odur ki, bu artım heç də təkcə Çin və Hindistanla bağlı deyil.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Qərb ölkələri Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib. Əslində, bu Rusiya iqtisadiyyatını kəskin şəkildə zəiflətməli idi. 

Rusiyanın bir çox enerji resurslarının Avropa İttifaqı və ABŞ-ın böyük bazarlarına çıxışı qadağan edilib, yüksək texnoloji malların artıq rəsmi olaraq ölkəyə idxalı dayandırılıb.

Hətta onlarla beynəlxalq istehlakçı şirkətlər öz qərarı ilə Rusiyanı tərk edib. Buna cavab olaraq Rusiya ixracı sanksiyaları dəstəkləməyən Çin və Hindistana yönləndirməyə və qonşu ölkələrdən paralel idxalı təşkil etməyə çalışırdı.

Görünürdü ki, iqtisadi müharibə Rusiyanın çox sayda dövlətlə ticarət əlaqələrini, demək olar ki, tamamilə məhv etməli idi. Bununla belə, "The New York Times"ın təhlilçiləri "The Observatory of Economic Complexity"nin statistik məlumatlarına əsaslanaraq müəyyən ediblər ki, 2022-ci ilin fevralından sonra Rusiya ilə dünya arasında ticarətdə real dəyişikliklər gözlənildiyi qədər birmənalı deyil. Çünki bəzi ölkələrlə ümumi ticarət dövriyyəsi nəinki azalmayıb, əksinə xammalın bahalaşması hesabına artıb. 

Araşdırmadan məlum olur ki, belə ölkələr arasında diqqəti təkcə Çin, Hindistan və Türkiyə çəkmir. Ticarət dövriyyəsi üzrə "əlaçı"lar sırasında Niderland, Norveç və Belçikanı vurğulamaq olar.

Araşdırmada bunu əks etdirən diaqramda da bəzi ölkələrlı bağlı məlumatlar əksini tapıb. 

Qeyd etmək lazımdır ki, onların hamısı ticarət statistikasını eyni dərəcədə operativ aparmır. Buna görə də müharibənin başlanğıcından və məlumatların mövcud olduğu son aya qədər keçən ayların sayı dəyişə bilir. Bunlar zamanla dəqiqləşdiriləcək ilkin məlumatlardır.

Camal Cavadbəyli