Muxtar Babayev MİX-in xidməti binasının həyətini satıb

Muxtar Babayev MİX-in xidməti binasının həyətini satıb

12-12-2022 00:21 / Bu xəbər 747 dəfə oxundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Biləcəridə yerləşən xidməti binasının həyətyanı sahəsinin bir hissəsi (təxminən 40 sot) satılıb.

Bu barədə eko-fəal Cavid Qara məlumat verib.

Onun sözlərinə görə, dövlət qurumunun həyatyanı sahəsinin bir hissəsinin də (təxminən 43 sot) satmağa çalışırlar. 

Biləcəridə torpağın qiymətini nəzərə alsaq, alqı-satqıdan azı 1 milyon manat var…

Eko-fəal bu məsələdə nazir müavini Vüqar Kərimov və onun əmlak məsələləri üzrə köməkçisi Mohuma Heraçiyevi ittiham edib.