Mövlud Çavuşoğlu: “Atəşkəsə nəzarətlə bağlı suallar hələ də müzakirə olunur”
10-11-2020 14:17 / Bu xəbər 1139 dəfə oxundu
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda yalnız rus sülhməramlılarının yerləşdirilməsilə bağlı məlumat yayıb.
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bu açıqlamadan qısa müddət sonra: "Biz hər zaman meydanda və masada Azərbaycanın yanında olduq. Bundan sonra da Azərbaycanın yanında olacağıq", - deyə cavab verib.
Bu barədə "Haberler.com” xəbər verib.
Çavuşoğlu həmçinin bildirib ki, atəşkəsə necə nəzarət ediləcəyi ilə bağlı suallar hələ də müzakirə olunur.












