Partiya sədrləri YAP-ın 30 illik yubileyinə qatılıblar

Partiya sədrləri YAP-ın 30 illik yubileyinə qatılıblar

21-11-2022 12:24 / Bu xəbər 712 dəfə oxundu

Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

"Unikal”ın məlumatına görə, yubiley tədbirində iştirak edən qonaqlar artıq Mərkəzə gəlirlər.

Tədbirə dəvət olunanlar arasında siyasi partiyaların sədrləri də var.

Onlardan keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, REAL Partiyasının sədri İlqar Məmmədov, Ağ Partiyanın sədri Tural Abbaslı, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digərləri qatılıblar.