İlham Əliyev “YAŞAT” Fondu yaratdı
08-12-2020 13:05 / Bu xəbər 885 dəfə oxundu
"YAŞAT” Fondunun Himayəçilik Şurasının tərkibininü üzvlərindən Məsud Aşina xaricdə fəaliyyət göstərən Azlogos.eu saytının təsisçisidir.
Bu barədə saytın redaktoru, yazıçı Əli Əkbər sosial şəbəkələrdə məlumat paylaşıb.
Redaktor bildirib ki, professor Məsud Aşina uzun illərdir Avropada iri həcmli fond və layihələrə rəhbərlik edir: "Ona etibar edilən ən son məbləğ miqren araşdırmaları üçün 6 milyon avro vəsaitdir. YAŞAT” Fondu isə 8,hətta 9 rəqəmli məbləğlərə malik olacaq”.
***
"YAŞAT” Fondu yardım və ianələr hesabına formalaşacaq
Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.
Prezident.az xəbər verir ki, Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir:
"Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir”.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Dövlət başçısının fərmanıyla 11 nəfərdən ibarət fondun ("YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibi təsdiq edilib.
Onların arasında yazıçı Çingiz Abdullayev, hərbçi Şair Ramaldanov, deputat Novruzəli Aslanov, muğam ustası Mənsum İbarhimov, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsinin sədri Rəna Səfərəliyeva və digərləri daxildir.