"NATO Rusiyanın milli təhlükəsizliyini təhdid edir" - Putin

01-01-2016 23:21 / Bu xəbər 1516 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini ölkəsinin milli təhlükəsizliyinə təhdid olaraq, dəyərləndirən strateji sənədi imzalayıb.

Musavat.com xəbər verir ki, sənəddə Rusiyanın müstəqil daxili və xarici siyasətinə ABŞ və müttəfiqlərinin təhlükə yaratdığı deyilir.

2014-cü ildə Ukraynada başlayan böhran Rusiya ilə Qərbin münasibətlərinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu. 

Həmin il Putinin məsləhətçisi Mixail Popov son illərdə NATO-nun genişlənməsini və Rusiya sərhədlərinə yaxınlaşmasını ölkənin təhlükəsizliyinə təhdid olaraq dəyərləndirmişdi.
 
Arqument.Az