Naxçıvanda Nərimanovun heykəli yerinə qaytarıldı
10-04-2023 12:56 / Bu xəbər 804 dəfə oxundu
Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki heykəli yerinə qaytarılıb.
Xəbəri APA-nın Naxçıvan bürosu yayıb.
Bildirilir ki, aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub.
Naxçıvan İcra Hakimiyyətindən APA-ya bildirilib ki, heykəl mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib.















