Nazir deputatın adını siyahıdan silib

Nazir deputatın adını siyahıdan silib

18-06-2023 15:58 / Bu xəbər 609 dəfə oxundu

"Azərbaycan gənc müəllimlər Assosiasiasının  sədri Rüfət Əsədzadə 17 iyun tarixində keçirilən  Gənc Müəllimlərin III Forumuna məni dəvət edəndə bildirdi ki, proqramda mənim də çıxışım var. 

Foruma bir gün qalmış xəbər gəldi ki, Elm və Təhsil naziri Emin Əmrullayev adımızı çıxışçıların siyahısından çıxarıb. Yəqin, düşünüb ki, özü hər şeyi hamıdan yaxşı bilir”.

Bunu deputat Etibar Əliyev bildirib.

"Tədbirə qatılmadım, ancaq düşünürəm ki, imkan yaradılsaydı gənc müəllimlərə həm də bir pedaqoq kimi bəzi tövsiyyələrimi verərdim", - o qeyd edib.