Nazirlik hərbçinin ildırım vurması nəticəsində öldüyünü deyir
24-05-2023 11:46 / Bu xəbər 654 dəfə oxundu
Azərbaycan ordusunun hərbi qulluqçusu Davud Məmmədlinin ildırım vurması nəticəsində vəfat etdiyi bilirilir.
Hadisənin hərbi qulluqçu xidməti vəzifəsini yerinə yeyirərkən baş verdiyi qeyd olunur.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Azərbaycan ordusunun hərbi qulluqçusu Davud Məmmədlinin xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”, – deyə o bildirib.
Nazirlik faktla bağlı araşdırma aparıldığını deyir.












