“Neftin ucuzlaşmağının müsbət tərəfləri də var” - Putin
12-01-2016 00:58 / Bu xəbər 1834 dəfə oxundu
"Neftin qiymətinin ucuzlaşmasının təkcə mənfi yox, müsbət tərəfləri də var. "Qara qızıl”ın qiymətinin ucuzlaşması Rusiya iqtisadiyyatının yaxşılaşmasına və daxili istehsalın artmasına öz təsirini göstərir”.
Arqument.Az xəbər verir ki, bunu Almaniyanın "Bild” qəzetinə Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, neftin qiymətinin baha olması başda yüksək texnologiyalar olmaqla iqtisadiyyatın bir çox sahəsində inkişafın qarşısını almışdı.
Putinin fikrincə, Rusiyanın büdcə kəsiri elə də çox deyil. Rusiya prezidenti müsahibəsində ölkəsinin inkişaf etdiyini vurğulayıb.
Arqument.Az












