Növbədənkənar seçkilərin tarixi açıqlandı – Ərdoğan qərar verdi

Növbədənkənar seçkilərin tarixi açıqlandı –  Ərdoğan qərar verdi

12-06-2015 12:47 / Bu xəbər 1506 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın koalisiya məsələsində dövlətin siyasi ənənəsinə sadiq qalacağı məlum olub. 

Avropa.info xəbər verir ki, Ərdoğan hökuməti qurmaq işini əvvəlcə Əhməd Davutoğluna, daha sonra isə Kamal Kılıçdaroğluna verəcək.

Ərdoğan müşavirlər və hüquqçularla keçirdiyi iclasda hökuməti qurmaq məsələsini geniş müzakirə edib.

Qəbul olunan qərara görə hökumət qurmaq əvvəlcə Davudoğluna, daha sonra isə Kılıçdaroğluna həvalə olunacaq. 

Hər iki liderin nəticə əldə edə bilməyəcəyi təqdirdə müxtəlif variantlar müzakirəyə çıxarılacaq. 

Ərdoğanın AK Partiya tərəfindən qurulacaq azlıq hökuməti ilə növbədənkənar seçkinin keçirilməsi xaricində digər azlıq hökumətlərinə müsbət baxmadığı bildirilir. 

Onun daha çox hökumət qurmaq işinin Davudoğlu və Kılıçdaroğlunun həyata keçirə bilməməsi halında nöbvədənkənar seçimin gündəmə gəlməsi və ölkəni seçkilərə qədər idarə edəcək hökuməti qurulması fikrində olduğu irəli sürülür. 

Yeni hökuməti qurmaq yolunda heç bir müsbət nəticə əldə olunmayacağı təqdirdə təxminən noyabr ayında növbədənkənar seçkilərin keçiriləcəyi bildirilir. 

Ancaq Ərdoğanın seçkinin aprel-may aylarında edilməsinin daha doğru olacağını düşündüyü bildirilir.