PKK-dan növbəti terror aktı: 16 ölü, çoxlu sayda yaralı
07-09-2015 12:01 / Bu xəbər 1556 dəfə oxundu
Türkiyənin Yüksəkova vilayətində hərbi əməliyyat üçün yola düşən iki zirehli avtomobil PKK-nın qurduğu tələyə düşüb.
"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu nəticəsində 16 əsgərin şəhid olduğu və yaralandığı bildirilir.
Hücumdan dərhal sonra bölgədə genişmiqyaslı əməliyyatlara start verilib. Havadan təşkil edilən hücumlar nəticəsində çoxlu sayda PKK-lının öldürüldüyü bildirilir.
Dövlət başçısı Rəcəb Tayyub Ərdoğan isə terror hadisəsindən dərhal sonra açıqlama verib və mənfur hücumu şiddətlə qınadığını dilə gətirib: "Bu günə qədər 2 min terrorçu öldürüldü. Əməliyyatlar davam edəcək. Kim nə deyirsə desin, biz mübarizəni sonuna qədər davam etdirəcəyik”.












