Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi

Prezident yeni kənd təsərrüfatı naziri təyin etdi

14-04-2023 11:54 / Bu xəbər 812 dəfə oxundu

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev aprelin 14-də sərəncam imzalayıb.

1981-ci ildə Bakıda doğulan Məcnun Məmmədov Azərbaycan Dövlət İqtisad Universiteti və Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Məcnun Məmmədov Abşeronda zeytun bağlarını salan "Grand-Agro” MMC-nin direktoru olub.

2022-ci ilin aprelində isə "PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan "Grand-Agro”larının rəhbəri təyin edilib.

Aprelin 4-də İnam Kərimov kənd təsərrüfatı naziri vəzifəsindən azad edilərək Ali Məhkəmənin sədri təyin olunub.