Putin Qərb liderləri ilə görüşdən imtina etdi

Putin Qərb liderləri ilə görüşdən imtina etdi

11-01-2016 22:43 / Bu xəbər 1580 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək.

Arqument.Az Virtualaz.org -a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

APA xatırladır ki, konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkel isə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.

Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.

Arqument.Az