Putindən Türkiyə rəhbərliyinə sərt sözlər

Putindən Türkiyə rəhbərliyinə sərt sözlər

17-12-2015 14:41 / Bu xəbər 1699 dəfə oxundu

Rusiya prezidenti Vladimir Putin Türkiyə rəhbərliyini amerikalılara yaltaqlanmaqda ittiham edib.

APA-nın məlumatına görə, Putin "Rossiya 1” telekanalının canlı yayımında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiyanın Su-24 təyyarəsini vurmaqla Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüb.
 
"Biz bilmirik ki, bu işdə üçüncü tərəf var ya yox. Lakin kimsə Türkiyə rəhbərliyi amerikalılara yaltaqlanmaq qərarına gəlibsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə amerikalılara bunun lazım olub-olmadığını bilmirəm”, - deyə o vurğulayıb. 

Arqument.Az