Rüfət Səfərov çağırış etdi: "Bəlkə də, blogeri şikəst ediblər..."

Rüfət Səfərov çağırış etdi:

14-02-2024 23:34 / Bu xəbər 838 dəfə oxundu

"Bloger Arzu Sayadoğlunun aqibəti qaranlıq olaraq qalır. Bloger hökumət rəhbərliyini sərt tənqid etdikdən sonra yoxa çıxıb".

Hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkə hesabında belə yazıb

"Bir həftədən sonra məlum olub ki, sözügedən çıxışı etdikdən az sonra saxlanılıb, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilib. Hazırda ailə üzvlərini, valideynlərini tapa bilmirik. Son məlumat budur ki, valideynlər ciddi surətdə hədələnib", - deyə o qeyd edib.
 
Rüfət Səfərov qeyd edib ki, yaxınları media ilə təmasdan da yayınırlar: "Elə buna görə də media və insan haqları fəalları ilə ünsiyyətdən yayınırlar. Mənbələr göstərirlər ki, bloger DTX-nın İstintaq Təcridxanasında saxlanılır. Vəkillər-hüquq müdafiəçiləri blogerin ailə üzvlərini axtarırlar ki, heç bir maddi təmənna və s. güdmədən müqavilə bağlayıb, hərəkətə keçsinlər". 

"Arzu Sayadoğlunun atası, anası, qardaşı, bacısı, əmisioğlu, dayısıoğlu, xalasıqızı, bibisiqızı, məxləs, nəsildən olan bir nəfər, haradasınız? Vəkillər sizlərdən birini axtarırlar", - deyə o çağırış edib

"Bu arada Ombudsman Səbinə Əliyevaya, Aparatın əməkdaşlarına müraciət etsək də, blogerdən bir xəbər yoxdur. Sayadoğluna baş çəkməyiblər. Mən narahatam ki, sərt, bəzi hissələrdəsə qəbuledilməz olan çıxışdan sonra blogerə it zülmü veriblər, bəlkə də, şikəst ediblər", - deyə hüquq müdafiəçisi qeyd edib.