Rusiya ilə adi qaydada heç bir iş görülməyəcək
10-07-2016 00:13 / Bu xəbər 1400 dəfə oxundu
ABŞ prezident Barak Obama Varşavada NATO sammiti çərçivəsində mətbuat konfransında deyib ki, Rusiya Ukraynanın şərqində münaqişəyə son qoymaq üçün razılaşmalara tam əməl etməyincə, Rusiya ilə adi qaydada heç bir iş görülməyəcək.
İyulun 9-da Obama bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü NATO-ya indiyədək görünməmiş sınaqdır.
Onun sözlərinə görə, bu, NATO üçün həlledici məqamdır və ABŞ Avropanın təhlükəsizliyinə və müdafiəsinə sadiqdir.
Arqument.Az












