Rusiyanın müxalifət lideri həbs olundu
28-08-2015 13:39 / Bu xəbər 1115 dəfə oxundu
Rusiya müxalifət partiyası PARNAS-ın sədr müavini İlya Yaşin həbs olunub.
Avropa.info xəbər verir ki, Kostroma şəhərində seçicilərlə görüş keçirən Yaşin asayişin pozulması ittihamı ilə polis şöbəsinə aparılıb. Müxalifət liderinin saxlanılma səbəbi barədə polisin izahatı da maraqlıdır.
O, seçicilərə səsgücləndirici vasitəsilə müraciət edərkən polis ona bunun Kostroma qanunlarına zidd hərəkət olduğunu deyib. Çünki səsgücləndirici ictimai asayişin əleyhinə olan vasitədir.
İlya Yaşinin məhkəmə qarşısına çıxarılıb inzibati qaydada cəzalandırılacağı bildirilir.
Qeyd edək ki, PARNAS partiyasının sədr müavini İlya Yaşin Kostroma əyalətindən dumaya deputat seçilmək üçün namizəd hüququ əldə edib.












