Şair Nurəddin Şaya vəfat edib

Şair Nurəddin Şaya vəfat edib

22-10-2024 15:51 / Bu xəbər 608 dəfə oxundu

Lənkəranda yaşayan şair Nurəddin Şaya (Rəhimov) uzun sürən xəstəlikdən vəfat edib. 

Bu barədə "Arqument.az"a Nurəddin Şayanın yaxınları məlumat veriblər. 

Onların sözlərinə görə, şair bu gün səhər saatlarında dünyasını dəyişib. 

Nurəddin Şaya 1970-ci il aprelin 10-da Lerikin Orand kəndində anadan olub. 

1997-ci ildə Lənkəran Dövlət Univeristetinin riyaziyyat fakültəsini, 2002-ci ildə isə aspiraturasını bitirib. 

Lənkəran Şəhər 7 saylı tam orta məktəbdə müəllim və direktor müavini işləyib. 

Vaxtaşırı mətbuatda ədəbi məqalələr, Azərbaycan və talış dilində yazdığı şeirləri ilə çıxış edib. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 

Nurəddin Şayanın bir neçə şeirini təqdim edirik:

***

Qədəri, qəzanı bərabər bilər,
ünvanına "fani" deyilər belə...
Elə bilirsən ki, dünya düzələr,
düzələn olacaq əyilər belə?

Ömrə tənə kimi gələn yağışla
yağıb ağı-ağı hırıldamaq nə?
Daha səbr-zaddan keçib, bağışla,
bu yaşamaqdırsa, xırıldamaq nə?

Hara daş atdılar, gözünə dəydi,
sənə göz düzəldim qaşından böyük?
İndi ayağınla baş eyni şeydir,
gəl bir ayaqda dur, başından böyük!

Özüylə doğulub düzün bəlası,
baxırsan əyrinin hər üzü düzdü.
Belə şax durmusan, zalım balası,
elə bil bu şaxın əyrisi düzdü!

Gəldiyin, getdiyin dağılsın belə,
yolu qoşma gəlib, qəzəl oxuma...
Bilirəm səsin var, nə olsun belə,
hər gözəl yalanı gözəl oxuma!

Çevirsən hər üzə don elə budur,
indi gələn-gələn kirləşib gəlir.
Daha keçən keçib, son elə budur,
demə son əvvələ birləşib gəlir!

Adım necə? 

Keçmişimi unutmadım,
kim deyir ki gələcəyəm?
Dəyişəcək bir gün adım,
gedən yolu gələcəyəm!

Üzü gülür hər ağların,-
üz-gözünü ötürmədi.
Rəngı ağdır bu dağların,
qara rəngi götürmədi.

Bu yolların daşı yoxdür,
daş alışdi,kömür çıxdı.
Mən adamın yaşı yoxdur,
gün axtardım, ömür çıxdı!

Üzüm çevrildi kədərə,
bahar gəldi gələn qışım?
Keçmişləri dərə-dərə
gələcəyə nə danışım?

Hara baxsam, daş düyünəm,
doğmam kimdir, yadım nədir?
Gedəcəkdə Nurəddinəm,
gələcəkdə adım nədir?

Bölmə əməli

İndən belə
bölmə əməlini 
öyrədəcəyəm şagirdlərimə!
Böldükləri haram tikələri
soxacağam gözlərinə;
- kor olmasınlar
və görsünlər - 
necə
bütün haramları
halal buyurur
başımın üzərində
möüzə oxuyan əclaf!

Azadlıq

Cismlərin canında
mamır bitirəcək qızdırma var
alqışa layiqdi, sevilir çünki.
Sən də sev canındakı rütübəti,
nə qədər ki həyat var!
Ağac kimi budanacaq
barmaqların, əllərin...

Uzanacaq bu qətl
gün çıxandan gün batana.
Tanıt özünü ədalət naminə.
Bütün səlib yürüşləri
qarşısında səni görsün.

Səndən öyrənsin susuzluğun nə olduğunu
ərəb süvariləri.
Ancaq anlamazsan heç zaman
xəyanətin barmağıyla
bayrağının fərqini.
O zaman anlarsan
canındakı rütübət soyutmaz
qızdırmasını cismlərin və
mamır sarıyacaq qol-budağını,
sarıyacaq
yeni qətl üçün!...

Talışca şeirləri:

BOY

Əğıl bəney mıni çənə əcəl hey?
pot-pot bıbom, ivrədə əv cəme, boy!
İşdən bə ğarz eqınim çı Xıdoku,
işdı ğarzım çı dınyoku səme, boy?

İqlə bedə Nuh əyyamo dardi ro,
kəfən dutdəj boşdə, boli, dardi ro.
Dıqlə bıbu çı dınyoku barde ro,
qıləy peqət, qıləy dəvard bomı, boy!

Xıdo bəmə i rujiyən baxşdəni,
im dard tıni bo şəv karde haşdəni.
Dınyo əğil mardə həşi çoşdoni,
boy çəy səpe ası ekə, bəme boy!

ŞE NIBU...

Zılməti qıyədə tı qıləy ruşnə,
ha vəşdəş, orəxe zındənij, boçi?
De eşqi botıno vılim perışdə,
omdənij ım dıli çındənij, boçi?

Votdənim ım caşon ası xıl bedə,
kovrədə vində bə diyo orəxı?
Osmoni boloku çaş nığıl bedə,
nəvedə caşonım deşdı sorəxi!

Boçi be xəbə şij? oxir şe nıbu,
çı rə ginı karde tazix-mızonı?
Kulok bəçımı roy livə eşandə,
voşi dərandəje lınqə rizonı!

Zılmoti qıyədə ruşnə bij əni,
umrım oroxniye botıno nəve.
Jıko anqılı jə, anqıl obdəni,
perışyə rüjonım sə qıləy şəvi!

Jıko bexəbə şij, oxı boçi tı?
Boçi bexəbə şij? oxır şe nıbu!