Sarkisyan Putinə şikayət etdi

Sarkisyan Putinə şikayət etdi

20-06-2016 16:12 / Bu xəbər 1362 dəfə oxundu

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda görüşüb.
 
Publika.az "TASS”a istinadən xəbər verir ki, S. Sarkisyan Putinə Qarabağda atəşkəsə nəzarət mexanizminin qurulmasının əhəmiyyətindən danışıb.
 
"Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll edilsin. Atəşkəsə nəzarət mexanizminin yaradılması əhəmiyyətlidir”, - deyə o bildirib.
 
Rusiya prezidenti Vladimir Putin də Serj Sarkisyana bütün məsələləri müzakirə etməyə hazır olduqlarını deyib.