Səhiyyə nazirinin bütün müavinləri işdən çıxarıldı
04-02-2022 11:44 / Bu xəbər 881 dəfə oxundu
Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamları ilə Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov tutduqları vəzifədən azad olunublar.