Şennak "Media haqqında" qanunla bağlı Venesia Komissiyasına müraciət etdi

Şennak

27-01-2022 12:36 / Bu xəbər 982 dəfə oxundu

AŞPA məruzəçisi Venesia Komissiyasına Azərbaycanın media haqqında qanunu qiymətləndirməyi xahiş edir
 
AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi Ştefan Şennak Azərbaycanda media haqqında qanunun yoxlanılması xahişi ilə Venesiya Komissiyasına müraciət edib. 

Bu barədə Turan agentliyinin sorğusuna görə Ştefan Şennak bildirib.

"Biz Venesiya Komissiyasından Qanunun ekspertizasını aparmağı və bu qanunu imzalamamağa çağırmaqla Azərbaycan prezidentinə müraciət etməyi xahiş etdik", - deyə Şennak bildirib.