Süleymaninin yerinə yeni komandir təyin edildi

Süleymaninin yerinə yeni komandir təyin edildi

03-01-2020 18:13 / Bu xəbər 1166 dəfə oxundu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah”) "Qüds” xüsusi hərbi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.

"Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.

İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.

Xatırladaq ki, "Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.