Suriyada atəşkəs elan olundu

Suriyada atəşkəs elan olundu

23-02-2016 00:38 / Bu xəbər 1179 dəfə oxundu

Rusiya və ABŞ Suriyada atəşkəs əldə olunması ilə bağlı ortaq qərarı bəyan ediblər.

Musavat.com xəbər verir ki, ikili verilən açıqlamada, hər iki ölkənin Suriyada atəşkəsin fevralın 27 saat 00:00-dan etibarən başlanması mövzusunda razılığa gəliblər.

BMT-nin açıqladığı terror qruplaşmaları siyahısında yer alan əl-Qaidənin Suriya qolu olan Nusra Cəbhəsi və İŞİD-in adı atəşkəs razılaşmasının içərisində yer almayıb.

ABŞ rəhbərliyi altında qurulan koalisiyanın həmçinin  Suriya və Rusiyanın İŞİD, Nusra Cəbhəsi və digər  terror qruplaşmalarına qarşı hərbi əməliyyatları davam edəcək.

Arqument.Az