Tacikistan prezidentinin oğlu ölkənin ikinci ən mühüm postunu tutdu

Tacikistan prezidentinin oğlu ölkənin ikinci ən mühüm postunu tutdu

18-04-2020 21:25 / Bu xəbər 1469 dəfə oxundu

Tacikistanın prezidentinin 32 yaşlı oğlu Rüstəm Emomali respublikanın Ali Məclisinin (parlamentin yuxarı palatası) sədri seçilib.

Beləliklə, o, prezidentdən sonra ölkədə ikinci ən mühüm şəxs sayılır. 

Qanunvericiliyə görə, ölkə başçısının ölümü, istefası və ya vəzifələrini icra edə bilməyəcəyi təqdirdə, Ali Məclisin sədri prezidentin vəzifələrini icra edir.

Tacikistan parlamentinin yuxarı palatasına martın 27-də keçiriləm seçkilərdə prezidentin oğlu Rüstəm Emomali yekdilliklə Ali Məclisə üzv seçilib. 

Bundan əvvəl o, Dövlət Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinə və 2017-ci ildən isə Düşənbə şəhər administrasiyasına rəhbərlik edib. 

Nizami