Tofiq Yaqublunun qızı atasına görə narahatdır

Tofiq Yaqublunun qızı atasına görə narahatdır

21-02-2024 20:56 / Bu xəbər 924 dəfə oxundu

Həbsdə olan müxalifətçi Tofiq Yaqublunun ailəsi onun səhhətindən narahatdır.

"Bu gün atamla telefonla danışdım. O bildirdi ki, yenidən müayinə ediblər , rentgen çəkiblər, ürəyini yoxlayıblar. Həbsxana həkimi deyib ki, əvvəlki qan analizi xolesterinin normadan çox olduğunu (206) müəyyən edib. Bu gün ona "disliptin" dərmanını yazıblar”, - siyasətçinin qızı Nigar Həzi bildirib.

"Cümə günü ultrasəs müayinəsi ediləcək. Atamın "müayinə nəylə  əlaqədardır” sualına dəqiq cavab verməyiblər. Navalnının həbsxanada ölümü fonunda bu tədbirlər bizim narahatlığımızı daha da artırır", -  Nigar Həzi qeyd edib.  

Onun sözlərinə görə, həftənin sonunda vəkil Yaqublu ilə  görüşəcək.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

***

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaq ittihamları ilə həbs edilib.

Əvvəllər siyasətçi dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. 

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.